''Günəşli'' yanğınını söndürən mərhum gəmi kapitanı baba olacaqdı - FOTO

''Günəşli'' yanğınını söndürən mərhum gəmi kapitanı baba olacaqdı - FOTO
09:47 9 Dekabr 2015
195 Digər
Ölkə mətbuatı
A- A+

''Günəşli'' yatağında yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri vəfat etməsi barədə xəbər vermişdik.

Milli.Az xəbər verir ki, criminal.az-a daxil olan məlumata görə, polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç bir neçə gün sonra baba olacaqdı.

Qeyd edək ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Baş vermiş qəza ərazisinə ilk yaxınlaşan "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət etmiş, 10 noyabr 2008-ci ildən isə "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışmışdır. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıtmışdır. İki övladı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR