Həmyerlimiz Sibel Canın mahnısını elə oxudu ki... - "O səs Türkiyə"

Həmyerlimiz Sibel Canın mahnısını elə oxudu ki... - "O səs Türkiyə"
09:51 9 Dekabr 2015
142 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin növbəti buraxılışında daha bir azərbaycanlı ifasıyla münsifləri heyran edib.

Axşam.az-ın məlumatına görə, Rəşidə Kərim adlı yarışmaçı Sibel Canın repertuarından "Berivanım" mahnısıyla səhnəyə çıxıb. Bütün münsifləri özünə tərəf döndərə bilən həmyerlimiz mahnının ardından daha bir türkü səsləndirərək tamaşaçılardan alqış alıb.

Rəşidə sonda Ebru Gündeşi seçərək yarışmaya onun komandasında davam etməyə qərar verib.

Qeyd edək ki, TV8 telekanalında Acun İlıcalının aparıcılığı ilə yayımlanan proqramın münsiflər kürsüsündə oturan digər müğənnilər Murad Boz, Hadisə və Gökhan-Hakan Özoğuz qardaşlarıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR