Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2017-ci il Beynəlxalq turizm ili elan olunub

2017-ci il Beynəlxalq turizm ili elan olunub

Date: 9 December 2015 09:57

Bakı. 9 dekab. REPORT.AZ/ BMT Baş Assambleyası 2017-ci ili Beynəlxalq turizm ili elan edib. "Report" xəbər verir ki, bu məsələ ilə bağlı qəbul olunmuş qətnamədə Assambleya deputatları bütün dövlətlərə təşviqat və davamlı inkişafı, xüsusilə yoxsulluğun aradan qaldırılmasını sürətləndirmək üçün bir vasitə kimi turizmə dəstək verməyi təklif edib.
BMT-nin məlumatına görə, hər il bir milyarddan çox insan başqa ölkələrə səyahət edir. Bunun sayəsində turizm iqtisadiyyatın aparıcı sektoruna çevrilib. Onun payına dünya üzrə ÜDM-in 10, dünya ixracatının isə 6 %-i düşür.

Tags:  2017-ci il Beynəlxalq turizm ili elan olunub

RƏYLƏR


Top news