Xaricdən ​Ermənistana göndərilən pulun məbləği yarım milyard dollar azalıb

Xaricdən ​Ermənistana göndərilən pulun məbləği yarım milyard dollar azalıb
10:02 9 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu ilin ilk 10 ayında xaricdən Ermənistan vətəndaşlarına göndərilən pulun məbləği ötən ilin eyni dövrü ilə  müqayisədə yarım milyard dollar azalıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, ötən illə müqayisədə Ermənistana qeyri-kommersiya məqsədi ilə göndərilən pulun məbləği 478,5 milyon dollar, o cümlədən Rusiyada göndərilən pulun həcmi isə 471,8 milyon dollar azalıb.
Bu ilin yanvar-oktyabr aylarında Rusiyaya gedən əmək miqrantlarının sayında da 600 min nəfər azalma müşahidə edilib. Məlumata əsasən, son zamanlar Rusiyada işləməyə getmək istəyən ermənilərin çoxuna bu ölkədəki vəziyyətlə əlaqədar rədd cavabı verilib.
İnformasiyaya görə, cari ilin oktyabrında Rusiyadan Ermənistan vətəndaşlarına göndərilən pulun məbləği isə 52,6 milyon dollar azalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ermenistana-gonderilen-pulun-meblegi-yarim-milyard-dollar-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR