Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fars xəbər yaydı, İŞİD lideri yalanladı

Fars xəbər yaydı, İŞİD lideri yalanladı

Date: 9 December 2015 10:05

"Beynəlxalq "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadi son vaxtlar sığındığı Türkiyəni tərk edərək Liviyaya yollanıb. O, İraqın kəşfiyyatından qaçıb. Bağdadi Liviyaya ölkənin şimalındakı Sirt şəhərindən keçib".

Milli.Az bildirir ki, bu xəbəri İranın "Fars" xəbər agentliyi yayıb.
İŞİD məlumatı səhər saatlarında təkzib edib. Terrorçuların yaydıqları açıqlamaya görə, Əbubəkir əl Bağdadi hazırda "İslam Dövləti"nin ərazisindədir: "Onun Liviyaya getməsi barədə deyilənlər ağ yalandır".
Əbubəkir əl Bağdadinin hazırda İraqın Mosul şəhərində olduğu iddia edilir.
Milli.Az


Tags:  Fars xəbər yaydı İŞİD lideri yalanladı



RƏYLƏR


Top news