Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Çində muzeyi ziyarət edib - fotolar

İlham Əliyev Çində muzeyi ziyarət edib -  fotolar

Date: 9 December 2015 10:26

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.

Axşam.az-ın məlumatına görə, Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur.

Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir.

Dövlət başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verilib.

Prezident İlham Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə də baxıb.

Dövlət başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb. (AzərTac)















Tags:  İlham Əliyev Çində muzeyi ziyarət edib fotolar

RƏYLƏR


Top news