Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur milyarder həlak oldu - FOTO

Məşhur milyarder həlak oldu - FOTO

Date: 9 December 2015 10:28

"North Face" və "Esprit" brendlərinin banilərindən biri, amerikalı milyarder Duqlas Tompkins Çilinin Pataqoniya bölgəsində həlak olub.

72 yaşlı milyarder çaya düşüb və soyuq suda donması nəticəsində xəstəxanada keçinib.

Milli.Az Associated Press-ə istinadən bildirir ki, Tompkins dünən Çili və Argentinanın sərhədində, Pataqoniya Andlarında yerləşən Heneral-Karrera gölünə kayakla yollanmışdı.

Yerli vaxtla 12.30 radələrində kayakın çayda çevrildiyi, 72 yaşlı milyarderlə yanaşı, daha 5 nəfərin suya düşdüyü barədə məlumat yayılıb.

Xilasetmə əməliyyatına helikopter və hərbi kater cəlb olunub. Tompkins Koyayke şəhərindəki hospitalın reanimasiya bölməsinə yerləşdirilib. 5 saat sonra o keçinib.

1943-cü ilin martın 20-də ABŞ-ın Ohayo ştatında doğulmuş Duqlas Tompkins 1964-cü ildə "North Face", 1968-ci ildə isə arvadı Syuzi Tompkins Büellə birlikdə "Esprit" geyim brendlərini yaratmışdı.  Bir neçə il sonra ərlə arvad boşanmışdılar.

1989-cu ildə biznesdən kənarlaşan milyarder Çilinin cənubuna köçmüşdü.

Burada o, ikinci arvadı Kristina ilə birlikdə ətraf mühitin mühafizəsi ilə məşğul olurdu.

Milli.Az

















Tags:  Məşhur milyarder həlak oldu FOTO


RƏYLƏR


Top news