İlham Əliyev yeraltı heykəllər ordusuna baxdı

İlham Əliyev yeraltı heykəllər ordusuna baxdı
10:31 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.

Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu əyalət Çinin dörd qədim paytaxtından biridir.
Dövlət başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verilib.

Yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrakota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 süvari atın olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.

Məlumat verilib ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib və çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizami düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.

Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.

İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlı dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.

Prezident İlham Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə də baxıb.

Dövlət başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verilib.

Qeyd edək ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər.
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tapılan meyitin itkin düşən neftçiyə məxsus olduğu müəyyənləşib

22 Avqust 2017 10:57

Azərbaycan Belarusdan çörək almağa başlayıb

22 Avqust 2017 10:57

Nadir Qafarzadə: "Gəlin, xoş gəldin"

22 Avqust 2017 10:55

Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı

22 Avqust 2017 10:54

Sumqayıtda bu avtomobili görənlər TƏƏCCÜBLƏNİR: 20 min manata satılır - VİDEO

22 Avqust 2017 10:53

ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO

22 Avqust 2017 10:53

Hindistanda müsəlman kişilərin boşanma hüququ 6 aylıq dayandırılıb

22 Avqust 2017 10:52

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında çıxış edəcək yığma üzvləri ilə görüş keçirilib

22 Avqust 2017 10:52

GƏNCƏDƏ: İntihar etmək istədi, xilas edib döydülər...

22 Avqust 2017 10:50

Varlı ərəb turistləri Bergüzar Korel üçün BUNU DA ETDİLƏR - FOTO

22 Avqust 2017 10:48

Azərbaycan gömrükçüləri avtomobildə pirotexniki vasitə və fişənglər aşkar edib

22 Avqust 2017 10:47

Qızıl ucuzlaşdı

22 Avqust 2017 10:43

“Arada üzümüzə də baxın” – Azərbaycanlı aparıcı sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

22 Avqust 2017 10:38

Kərəm Həsənov Şabranda vətəndaşları qəbul edəcək

22 Avqust 2017 10:37

Hindistan Ali Məhkəməsi ölkədə yaşayan müsəlman kişilərdən boşanma hüququnu əlindən alıb

22 Avqust 2017 10:37

Təzyiqi aşağı salan möcüzəvi qarışıq

22 Avqust 2017 10:36

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

22 Avqust 2017 10:35

Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

22 Avqust 2017 10:35

Məşhur futbolçunun qanunsuz miqrant daşıyan mafiya ilə nə əlaqəsi? - FOTO

22 Avqust 2017 10:33

Nazirlik Şəkidə qanunvericiliyi pozan bələdiyyə sədrinə məcburi göstəriş verib

22 Avqust 2017 10:32

ABŞ-ın müdafiə naziri İraqa səfər edib

22 Avqust 2017 10:32

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başladı

22 Avqust 2017 10:30

"Qarabağ" tarixi oyun üçün Danimarkada

22 Avqust 2017 10:29

Əmisi arvadını xurd-xəşil etdi - TOVUZDA

22 Avqust 2017 10:28

Çox utanır, amma etdiyi əməl daha utandırıcıdır

22 Avqust 2017 10:25

"Space"ə keçən azərbaycanlı aparıcı imicini dəyişdi - FOTOLAR

22 Avqust 2017 10:24

Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırıb

22 Avqust 2017 10:22

Səhnədə Hadisənin ALT PALTARI GÖRÜNDÜ - FOTO

22 Avqust 2017 10:18

Arda Turan hansı klubda oynayacaq?

22 Avqust 2017 10:17

Asılaraq edam edilən, güllələnən MƏXFİ AGENTLƏR

22 Avqust 2017 10:13

DİM: Kolleclərin xüsusi qabiliyyət tələb etməyən ixtisasları üzrə plan yerləri tam dolub

22 Avqust 2017 10:12

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

22 Avqust 2017 10:12

ECA sədri transfer "pəncərə"sinin avqustun 31-də bağlanmasının əleyinə çıxış edib

22 Avqust 2017 10:12

Ukraynada təhsil imkanı

22 Avqust 2017 10:12

FHN-in helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsində iştirak edir

22 Avqust 2017 10:09

Azərbaycanlı aşıq İspaniya küçələrində belə görüntüləndi...

22 Avqust 2017 10:07

Rostov-Donda yanğın nəticəsində 58 nəfər xəsarət alıb

22 Avqust 2017 10:02

"Qarabağ" artıq Kopenhagendə

22 Avqust 2017 09:57

"Qəbələ" "Sumqayıt"a divan tutdu - 9:1

22 Avqust 2017 09:57

CƏLİLABAD: Un kisəsindən qurd çıxdı

22 Avqust 2017 09:57

Avtobus sürücüsünə silah çəkən şəxs həbs olundu: atası sabiq polisdir

22 Avqust 2017 09:54

VALYUTA MƏZƏNNƏLƏRİ

22 Avqust 2017 09:53

Yumurtanın içərisindəki ağ hissə nəyin əlamətidir?

22 Avqust 2017 09:50

Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

22 Avqust 2017 09:50

26 yaşlı oğlan özünü asdı - Abşeronda

22 Avqust 2017 09:49

Qalmaqallı müğənni jurnal üçün SOYUNDU - FOTO

22 Avqust 2017 09:48

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (22.08.2017)

22 Avqust 2017 09:47

Rumıniya klubunun futbolçusu penaltini vura bilməyən komanda yoldaşı ilə dalaşıb

22 Avqust 2017 09:47

Azərbaycan nefti bahalaşdı

22 Avqust 2017 09:43

Bu günə olan

22 Avqust 2017 09:42