Şahzadənin xanımı ilk dəfə məşhur tac ilə - FOTO

Şahzadənin xanımı ilk dəfə məşhur tac ilə - FOTO
10:42 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyamın xanımı, Kembric hersoginyası Ketrin Middlton Bukinhem Sarayında təşkil olunmuş diplomatik qəbula qatılıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu qəbul ən yüksək səviyyəli tədbirlərdən biri olmaqla yanaşı, "Britaniyanın diplomatik münasibətlərinin təminatçısı qismində kraliçanın statusunu əks etdirən" olay sayılır.
Media üçün qapalı qəbulda 130 ölkəni təmsil edən 1500-dən artıq qonaq iştirak edib.
Ketrin Middlton qəbula başında mərhum şahzadə Diananın tacını qoyaraq qatılıb.
"Cambridge Lover`s Knot Tiara" adlanan, brilyantlar və armud formasında mirvarilərlə bəzədilmiş bu tiaranı 1981-ci ildə kraliça 2-ci Yelizaveta Uels şahzadəsi Dianaya hədiyyə etmişdi.
Diana sonradan tiaranın çox ağır olduğunu, başağrılar yaratdığını demişdi və təntənəli qəbullara Spenserlər nəslinin tacında qatılmağa üstünlük vermişdi.
Hersoginya Keytin əynində "Alexander McQueen" brendinin məhsulu olan paltar vardı.
Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR