Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elman Mehdiyev Qəbələdə sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Elman Mehdiyev Qəbələdə sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Date: 9 December 2015 10:43

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qəbələ rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 dekabr 2015-ci il tarixdə, saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Qəbələ rayon şöbəsində (02420) 5-06-99
Ağdaş rayon şöbəsində (02023) 5-50-28
Göyçay rayon şöbəsində (02027) 4-21-35
Ucar rayon şöbəsində (02021) 3-01-17

Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Elman Mehdiyev Qəbələdə sosial sığorta ödəyiciləri pensiyaçılar qəbul keçirəcək


RƏYLƏR


Top news