Putin nazirə qeyri-adi hədiyyə verdi

Putin nazirə qeyri-adi hədiyyə verdi
10:51 9 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin İdman naziri Vitali Mutkonun ad günündə ona gözlənilməz bir hədiyyə verib.

ANS PRESS-in məlumatına görə, bu hədiyyə ingilis dili kitabıdır. Amma kitabın özəlliyi ondan ibarətdir ki, nazir heç kimin köməyi olmadan özü bu kitab vasitəsilə ingilis dilini mükəmməl öyrənə bilər.

Vladimir Putinin bu addımı atmaqda məqsədi idman nazirinin mətbuat konfransında ingilis dilində danışığı ilə hamının diqqətini cəlb etməsi olub.

"Bir halda ki, Vitali Mutko yalnız bizim futbolumuza başçılıq etmir, həm də beynəlxalq xətt üzrə işlər həyata keçirir, onda, onun ingilis dili bilməsi vacibdir. Bunun üçün mən ona ingilis dilində danışıq kitabı hədiyyə etmək istəyirəm və ümid edirəm ki, bu kitab nazirimizin ingilis dilinə mükəmməl yiyələnməsinə kömək edəcək", - deyə Rusiya lideri bildirib.

Rusiyanın İdman naziri Vitali Mutkonun dekabrın 8-də 57 yaşı olub. Həmin gün axşam o, idmanın inkişafı ilə bağlı "Rusiya-2018" prezident şurasının təşkilat komitəsinin iclasında iştirak edib. Ad günü hədiyyəsi də prezident tərəfdən nazirə orada təqdim olunub.


Vladimir Putinin Vitali Mutkoya hədiyyə verməsi


İngilis dilində danışığı ilə Vitali Mutko 2010-cu ildə Futbol üzrə dünya çempionatı-2018 ölkə sahibəsinin seçkiləri zamanı jurnalist və inernet saytlarının diqqətini cəlb edib. Hətta, onun nitqi ilə bağlı videosu "Mutko from xiz hart" adı altında inernetdə 2 milyona yaxın izləyici rekordunu da qırıb.


Vitali Mutkonun ingilis dilində çıxışı

Bu ilin may ayında da qərb jurnalistləri ilə görüşdə idman naziri suallara yarı rus, yarı ingilis dilində cavab verib. İyul ayında isə mətbuat konfransında o, jurnalistlərin qarşısında söz verib ki, ingilis dili səviyyəsini yüksəldəcək.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR