Malayziya Suriydan olan ilk qaçqınları qəbul edib

Malayziya Suriydan olan ilk qaçqınları qəbul edib
11:03 9 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Kuala Lumpur, 9 dekabr, AZƏRTAC 
Dekabrın 8-də Suriyadan olan ilk qaçqınlar qrupu Kuala Lumpura çatıb. Bu qrupun tərkibi, əsasən Malayziyada işləyən suriyalıların ailə üzvlərindən ibarətdir.
Malayziya daxili işlər nazirinin müavini Cazlan Muhamad bildirib ki, bütün lazımi immiqrasiya prosedurlarından keçdikdən sonra, onlar müvəqqəti qonaq vizası alacaqlar. Onun sözlərinə görə, Malayziya hökuməti 250 min insanın həyatına son qoymuş və 9 milyon insanı qaçqına çevirmiş müharibənin zərər vurduğu Suriya xalqına maksimum yardım göstərməyə çalışır.
Bu ərəfədə Baş nazir Nacib Razak bildirmişdi ki, Malayziya üç mindən çox suriyalı qaçqını qəbul etməyə hazırdı.
Bununla yanaşı, Parisdə baş vermiş terror aktlarından sonra hökumət qaçqınların qəbulu zamanı ciddi yoxlama tədbirlərinin görüləcəyini də bəyan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziya_Suriydan_olan_ilk_qachqinlari_qebul_edib-909528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR