Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilib

Qanunsuz balıq ovu ilə bağlı reydlər keçirilib
11:04 9 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə bağlı AÇIQLAMA (20 May 2017 10:36)
Kamran Əliyev: “Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşımaya qarşı reydlər davam edir” (20 May 2017 10:32)
Bakıdan Sumqayıta qanunsuz sərnişindaşımanın qarşısı alınıb (20 May 2017 10:29)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir. Lent.az nazirliyə istinadən xəbər verir ki, keçirilən genişmiqyaslı reydlər zamanı tərkibində Qeyri Hökumət Təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və Nazirliyin mütəxəssislərinin təmsil olunduğu qruplar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ halları aradan qaldırıb.

 

Xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkar edilib və akt tərtib olunaraq zərərsizləşdirilib.

 

Eyni zamanda, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində dövlət idarəçiliyində olan balıqartırma zavodlarına məxsus, törədici balıqların toplanaraq süni balıqartırma məqsədləri üçün zavodlara göndərilməsini təmin edən vətəgə əhəmiyyətli stansiya və məntəqələrdə gözətçi yerlərinin və torların yenilənməsi, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı nazirlik tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə verilən göstərişlər də yerinə yetirilib. Belə ki, Departamentin nəzdindəki balıqartırma zavodlarının Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində fəaliyyət göstərən stansiyaları, vətəgələri yenilənib, əraziyə izahedici və maarifləndirici lövhələr vurulub. Gözətçi və mütəxəssislərin müvəqqəti qalması, həmçinin ov alətlərinin saxlanılması üçün nəzərdə tutulan tikililərdə təmir-bərpa işləri aparılaraq normal vəziyyətə gətirilib.

 

 

Qeyd edək ki, Şirvan və Mil-Muğan kollektorlarının Xəzərə tökülən hissəsində yaradılmış vətəgə əhəmiyyətli stansiya və məntəqələr Azərbaycanda fəaliyyət göstərən və dövlətə məxsus 11 balıqartırma zavodunu törədici ana balıqlarla təmin edən tədarükçü stansiyalardan biridir. Bu da onunla əlaqədardır ki, Xəzərə qovuşan Kür, Araz və digər çaylarda hidroqurğuların tikilməsindən, yəni çayların qarşısı bəndlərlə kəsiləndən sonra uzun illərdir müxtəlif növ balıqlar, o cümlədən nərəkimilər və qızıl balıqlar təbii kürüləmə yerlərindən təcrid olunub. Ona görə də Xəzər dənizinin bioresurslarının məhsuldarlığını saxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən balıqartırma zavodları törədici balıqları bu üsulla əldə edərək onun kürüsünü süni şəraitdə təhlükəsiz yaşa və ölçüyə qədər yetişdirərək yenidən dənizə buraxmaqla məşğuldur.

 

Kür çayının üzərində olan bir neçə belə balıqartırma əhəmiyyətli vətəgə-stansiyalarda, o cümlədən Şirvan və Mil-Muğan kollektorlarındakı məntəqələrdə də törədici ana balıq tədarük olunur və onlardan alınan kürülərdən minlərlə körpə balıq yetişdirilərək Xəzər dənizinə qaytarılır. Bu səbəbdən də bu təyinatlı sututarlarda balıq tutmaq məqsədə uyğun deyil, burada qanunsuz, həm də həvəskar balıq ovuna icazə verilmir. Ona görə ki, vətəgədə quraşdırılmış balıq tutucu vasitələrlə balıqların hərəkəti məhdudlaşdırıldığından həvəskar balıqçılar burada cəmləşən və qaça bilməyən balıqları asanlıqla tutur və elə zənn edilir ki, guya bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil. Bir tərəfdən belə qurğular nisbətən şirin suya cəlb edilib kanallara daxil olan balıqların kanallarla yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır, digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, ilk növbədə kürüləməyə hazır balığın şirin suya, onu çay bilərək kürü tökmək üçün daxil olduğunu nəzərə alaraq balıqartırma zavodları üçün kürüləməyə hazır törədici balıqları əldə etmək məqsədi daşıyır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı da həmin ərazidə balıq tutmasın və burdan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin.

Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində reydlər isə davam etdirilir.

 











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

30 May 2017 05:22

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

30 May 2017 04:53

Bağdadda partlayış: 17 ölü, 22 yaralı

30 May 2017 04:43

Kendall yubiley sayında - FOTO

30 May 2017 04:32

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30 May 2017 04:27

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 03:58

İngiltərədə pələng zoopark işçisinə hücum edib -

30 May 2017 03:35

Türkiyədə qadın deputat tutuldu

30 May 2017 03:34

Tanınmış aktrisa reklam obrazında - FOTO

30 May 2017 03:32

Moldova rusiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib

30 May 2017 03:08

9 nəvəsini VAZ-2106-da gəzdirən sürücü saxlanıldı - ASTARADA REYD

30 May 2017 03:04

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

30 May 2017 03:03

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03

Pələng zoopark əməkdaşını parçaladı

30 May 2017 00:54

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48

Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb -

30 May 2017 00:45

Ziqmar Qabriel ABŞ-ı tənqid atəşinə tutdu

30 May 2017 00:29

Pələng zooparkın qadın işçisini parçaladı - VİDEO

30 May 2017 00:28

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 00:28

Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO - FOTO

30 May 2017 00:27

Üzümə oxşayan rus alçası

30 May 2017 00:05

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

30 May 2017 00:05

Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın

30 May 2017 00:05

Astroloji proqnoz - 30 may

30 May 2017 00:03

Misir Liviya ərazisini bombaladı

29 May 2017 23:59

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - FOTO

29 May 2017 23:57

Sağlam qidalanma şərtləri

29 May 2017 23:57

5 qol vuruldu -

29 May 2017 23:55

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

29 May 2017 23:52

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

29 May 2017 23:52

Orqanizmin yod tələbatı

29 May 2017 23:52

Bu əriklər sağlamlıq üçün təhlükəlidir

29 May 2017 23:52