Azərbaycana gətirilməsi üçün dövlət sərhədi yaxınlığında gizlədilmiş külli miqdarda qaçaqmal aşkarlanıb

11:08 9 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dekabrın 5-də Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş əməliyyat məlumatı əsasında həyata keçirilən axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına gətirilməsi üçün dövlət sərhədi yaxınlığında kolluq ərazidə gizlədilmiş 4 bağlamada 2050 qutu “Marlboro”, 740 qutu “Richmond”, 2010 qutu “Parliament” və 200 qutu “Kent” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycana_getirilmesi_uchun_dovlet_serhedi_yaxinliginda_gizledilmis_kulli_miqdarda_qachaqmal_askarlanib-909532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR