Qazax, 9 dekabr, AZƏRTAC
Qazax rayonunda 362 hektar üzüm bağı var. Bunun da 337 hektarı bar verən bağlardır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, artıq plantasiyalarda üzüm yığımı başa çatıb. Sahibkarlar bağlardan 3 min 802 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 223 ton çoxdur.