Xarab mikrofon və kar qulaq Ermənistan diplomatiyasının köməkçisinə çevrildi

Xarab mikrofon və kar qulaq Ermənistan diplomatiyasının köməkçisinə çevrildi
11:18 9 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri E.Nalbandyan Serbiyada ATƏT ministerialında etdiyi çıxışın mətnini yaydı. Bəllidir ki, mətn əvvəlcədən hazırlanıb, amma onun çıxışında səslənən fikirlər deməyə əsas verir ki, o, məruzəsinin zaldakılar tərəfindən eşidilməyəcəyinə əvvəlcədən əmin imiş. Çünki onun çıxışında son illərdə DQ münaqişəsi regionunda baş verənlərə heç bir münasibət bildirilmədi.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, E.Nalbandyanın çıxışı zamanı mikrofon söndü: "Maraqlı burasıdır ki, mikrofon sönərkən də E.Nalbandyan çıxışını dayandırmayıb. Çıxışının lap axırında mikrofon işə düşüb. Çoxdandır E.Nalbandyan beynəlxalq tədbirlərə gedərkən xüsusən ATƏT ministerialına yola düşərkən özü ilə jurnalist qrupu aparmırdı. Serbiya ministerialına isə jurnalistləri də özü ilə aparmışdı. Bu da ev hazırlığının tərkib hissəsidir".

Politoloq qeyd edib ki, RF xarici işlər naziri Azərbaycanda səfərdən uzun müddət keçdikdən sonra nəhayət Ermənistana da səfər edib, Dağlıq Qarabağ tənzimlənməsində təklifləri təqdim etdi: "Sonradan Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov bu təkliflərin mahiyyətini açıqladı: "Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxardılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında insanlar arası təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir". S.Lavrov isə Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsi prosesinin V.Putinin xüsusi nəzarəti altında olduğunu bildirdi. ATƏT-in Serbiya ministerialında həmsədr ölkə nümayəndə heyətlərinin başçıları adından verilən bəyanatda da tərəflərə həmsədrlər adından təkliflərin təqdim olunduğu təsdiqləndi".

M.Əhmədoğlu deyib ki, bu məsələlərin heç birisi E.Nalbandyanın çıxışında öz əksini tapmamışdı: "Bəllidir ki, ATƏT-in illik ministerialı ATƏT-in ən nüfuzlu formatıdır. Bu formatda E.Nalbandyanın Dağlıq Qarabağ tənzimlənməsində vacib məsələlərə Ermənistanın mövqeyini çatdırmaması heç də yaxşı iş deyil".

Mərkəz rəhbəri bildirib ki, ministerialdan bir neçə gün öncə Serbiyanın müdafiə naziri Bratislav Qaşiç Ermənistana dəvət olundu: "Bratislav Qaşiçlə ATƏT-in Serbiya ministerialı müzakirə edildi. Görünür, E.Nalbandyanın sammitdə çıxışı zamanı mikrofonun söndürülməsi o zaman razılaşdırılıb. E.Nalbandyanın ATƏT-də çıxışının mətni yalnız Ermənistan mətbuatını oxuyanlara bəllidir. Ministerial iştirakçılarından heç kim o mətndən xəbərdar deyil. E.Nalbandyan Serbiyada erməni jurnalistlərinə müsahibə verdi. O, jurnalistlərə verdiyi açıqlamada həmsədr ölkə nümayəndə heyətlərinin başçıları adından verilən bəyanatının yalnız Azərbaycana ünvanlandığını bildirdi. Azərbaycana ünvanlanan tezisləri bir-bir sadaladı və öz ritorikasından bir az da ruhlandı. Amma həmsədrlərin bəyanatında bəzi məsələlərin üstündən keçdi. Əgər həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, ağır silahlardan istifadə olunması, atəşkəs rejiminin tez-tez pozulmasının məsuliyyəti Azərbaycandadırsa, o zaman danışıqlar prosesinə qeyri-ciddi münasibətin, əsir və girovların azad edilməməsinin, hərtərəfli sülh sazişinin imzalanmamasının məsuliyyəti kimin üzərindədir?! Axı bu məsələlərdə həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında əks olunub. Əgər Azərbaycandan münaqişəni dinc yolla tənzimləməyə tərəfdar olduğunu təsdiqləmək istənilirsə, Ermənistandan isə istənilir ki, danışıqlar vasitəsi ilə uğur qazanılmasına ciddi münasibət göstərsin".

M.Əhmədoğlu qeyd edib ki, 2010-cu ildə Həştərxanda (RF) 3 prezidentin (RF, Azərbaycan, Ermənistan) imzaladığı bəyannamənin ruhu D.Əsgərov və Şahbaz Quliyevi də əhatə edir: "Nalbandyan susdu. Həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının bəyanatında "hal-hazırda müzakirə olunan təkliflər" anlayışı var. E.Nalbandyan bunu da qulaqardına vurdu. Beləliklə, E.Nalbandyan Serbiya ministerialına gedərkən yalnız xarab mikrofonu özünün diplomatiyasına köməkçi müəyyən etmişdi. Nəticədə kar qulaq da onun ikinci köməkçisinə çevrildi. Çünki həmsədrlərin bəyanatının bir qismini eşidə bilməyib. Hər halda bu onun özünün problemidir. Azərbaycanda E.Nalbandyan kimilər yoxdur. Siyasətlə məşğul olanların mikrofonu da, dili də, qulağı da işləyir. Ən əsası isə analitik düşüncələri qaydasındadır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yüksək bal toplayan abituriyentlər niyə ali məktəbə qəbul olmadı? - AÇIQLAMA

17 Avqust 2017 17:54

Sudan prezidenti İlham Əliyevi təbrik etdi

17 Avqust 2017 17:53

FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb

17 Avqust 2017 17:52

Sabaha olan məzənnə

17 Avqust 2017 17:50

MİT PKK-nın Suriya planını pozdu - FOTOLAR

17 Avqust 2017 17:48

Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

17 Avqust 2017 17:42

"Salam taksi"də fırıldaqçılıq

17 Avqust 2017 17:40

Feysbukdan növbəti YENİLİK – FOTO

17 Avqust 2017 17:38

"Mavi itlər" küçələrə axışdı

17 Avqust 2017 17:38

Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

17 Avqust 2017 17:37

“ASUS ZenFone 4” və “ZenFone 4 Pro” smartfonları rəsmən təqdim edilib

17 Avqust 2017 17:35

"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"

17 Avqust 2017 17:34

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını yerli məhkəmə təsdiqləyib

17 Avqust 2017 17:32

Müslüm Maqomayevin xatirəsi yad edilib

17 Avqust 2017 17:32

Quduz it 5 yaşlı körpəni dişləyib öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

17 Avqust 2017 17:29

Ölülərin fotoşəkillərini evdə saxlamayın, YOXSA ...

17 Avqust 2017 17:28

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı

17 Avqust 2017 17:27

Türkiyəli nazir: "STAR" Türkiyə üçün önəmli layihədir"

17 Avqust 2017 17:27

Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir

17 Avqust 2017 17:27

Sumqayıtda binada yanğın:

17 Avqust 2017 17:23

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

17 Avqust 2017 17:22

Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün yox, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"

17 Avqust 2017 17:22

"Qarabağ" iki ən yaxşıdan biri seçildi - RƏQƏMLƏR

17 Avqust 2017 17:19

Manatın sabaha olan MƏZƏNNƏSİ

17 Avqust 2017 17:18

Yəhudilərin gizli türk agenti xərçəngin müalicəsini açıqladı: “Necə sevişirsinizsə...” -MÜSAHİBƏ

17 Avqust 2017 17:18

Dünyada iqtisadi artım son 7 ilin rekordunu yeniləyib

17 Avqust 2017 17:17

UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib

17 Avqust 2017 17:12

Qozlu göbələk dolması

17 Avqust 2017 17:10

Hindistanda DƏHŞƏT: Təcavüzə uğrayan 10 yaşlı qız dayısından uşaq dünyaya gətirdi

17 Avqust 2017 17:08

Ukrayna Sərhəd Xidmətinin sözçüsü: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

17 Avqust 2017 17:07

Elmar Məmmədyarov: "Güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir"

17 Avqust 2017 17:07

Sumqayıtda bina yandı: sakinlər təxliyyə edildi

17 Avqust 2017 17:04

Biznesmenlə nişanlanan azərbaycanlı müğənnini diri-diri "basdırdılar"– FOTO

17 Avqust 2017 16:58

AÇG layihəsinə bu il 831 mln. dollar xərclənib

17 Avqust 2017 16:57

ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

17 Avqust 2017 16:52

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işlərinin 96%-i yekunlaşıb

17 Avqust 2017 16:52

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:50

Kürdlər müstəqillik referendumunu təxirə salırlar – ŞƏRTLƏR

17 Avqust 2017 16:48

“Bank VTB (Azerbaijan)” korporativ müştərilərə overdraft xidməti təklif edir

17 Avqust 2017 16:47

FHN əməkdaşları daha bir nəfəri ölümdən xilas etdi

17 Avqust 2017 16:44

İspaniya yığmasının və “Barselona”nın sabiq qapıçısı karyerasını başa vurub

17 Avqust 2017 16:42

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:38

“ASUS” şirkətinin “Windows 10 S” sistemi ilə işləyən ilk noutbuku təqdim edilib

17 Avqust 2017 16:35

ADU-da Polşa Mərkəzi yaradılacaq

17 Avqust 2017 16:32

ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 37% artırıb

17 Avqust 2017 16:32

Məsciddə dava

17 Avqust 2017 16:30

Əzələ ağrılarının effektli müalicəsi - VİDEO

17 Avqust 2017 16:28

Azərbaycanın intim səhnələrdə rol alan aktirisaları

17 Avqust 2017 16:23

Dünyanın ən yaxşı və ən pis şəhərlərinin siyahısı AÇIQLANDI

17 Avqust 2017 16:18

BAKI: Dönərçi ilə balaca qızın maraqlı söhbəti

17 Avqust 2017 16:18