Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Alonso "Reno"ya qayıdacaqmı?

Alonso "Reno"ya qayıdacaqmı?

Date: 9 December 2015 11:27

Flavio Briatore Alonsonun "Reno"ya qayıdışı haqqında çıxan xəbərləri təkzib edib.


Sport7.az xəbər verir ki, "Reno"nun  "Formula 1"ə qayıtmasından sonra  Fernando Alonsonun yenidən  komandaya dönəcəyi barədə söz-söhbət yaranmışdı. Alonsonun keçmiş komanda rəhbəri və hal-hazırda meneceri olan Flavio Briatore onun "Reno"ya qayıdacağı xəbərini təkzib edib.


Briatore İtalyanın "La Gazetta della Sporta" nəşrinə verdiyi müsahibəsində belə deyib: "Hal-hazırda "Honda" ilə müqaviləmiz var,belə ehtimalı qəbul etmirik. Alonso sezonun ümumi nəticəsindən razı deyildi. "Reno" üçün gələn il asan il olmayacaq. Mövcud mühərriklərin ən böyük dəstəkçilərindən biri məhz "Reno" idi və onlar hazırda böyük problemlər yaşayırlar".


Alonso barədə şaiyələrinin çixmasına səbəb isə "Reno"nun icraçı direktorunun  komandanın hal-hazırda müqavilə bağdladıgı Pastor Maldonado və Jolyon Palmeri təsdiq etməməsi idi.


"Reno"dan Matyu Karterin ötən gün verdiyi açıqlamanı diqqətinizə çatdırırıq:  "Gələn il üçün Pastor Maldonado və Jolyon Palmerlə yarışacağıq. Müqavilə "Reno" ilə birlikdə qəbul edildi, üçüncü pilot kimi fransız sürücü seçəcəklərin bilmirik, amma yarış pilotlarımızda bir dəyişiklik olmayacaq".


Fanat.az

Tags:  Alonso Renoya qayıdacaqmı

RƏYLƏR


Top news