Xüsusi qərargah: "Günəşli"də hasilat tamamilə dayandırılacaq

Xüsusi qərargah: "Günəşli"də hasilat tamamilə dayandırılacaq
11:28 9 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından hava şəraitinin pis keçməsinə baxmayaraq, yanğın baş verən "Günəşli" yatağında Fövqəladə Hallar Nazirliyinin helikopterləri və AZAL-ın helikopterləri ilə axtarışlar davam etdirilib.

Trend-in məlumatına görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan xüsusi qərargahda bu gün keçirilən brifinqdə yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Ağarəhimov bildirib ki, təəssüflər olsun ki, axtarışlar bir nəticə verməyib.

O qeyd edib ki, hava şəraitinin pis keçməsi ilə əlaqədar sualtı axtarış işləri dayandırılıb: "Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu şəraitdə sualtı axtarışlar təhlükəlidir".

B.Ağarəhimov deyib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir: "Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub".

Baş mühəndis əlavə edib ki, yanğının qarşısını almaq məqsədilə "Günəşli" yatağında hasilatın tamamilə dayandırılması planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR