Azərbaycanda vergidən yayınan iş adamı İnterpol verilib

Azərbaycanda vergidən yayınan iş adamı İnterpol verilib
11:30 9 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanda vergidən yayınan daha bir biznesmen beynəlxalq axtarışa verilib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumata görə, 41 yaşlı Savalan Qarayev vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, S. Qarayev Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olurmuş.

 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda yerli və əcnəbi iş adamları beynəlxalq axtarışa verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR