Əməkdar artist konsert verdi - fotolar

Əməkdar artist konsert verdi -  fotolar
11:31 9 Dekabr 2015
18 Şou
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Çəngi” estrada folklor ansamblının bədii rəhbəri, tar və ud ifaçısı, əməkdar artist Mircavad Cəfərovun konserti keçirilib.

Axşam.az xəbər verir ki, “Ömrün musiqili səhifələri” adlı konsert proqramı M.Cəfərovun anadan olmasının 50 illiyinə həsr edilib.

Konsert “Çəngi” estrada folklor ansamblının rəqs və etno-caz qrupu və onun solisti Arzu Həsənlinin çıxışı ilə başlayıb. Gecədə, həmçinin “Rast” qrupu və onun bədii rəhbəri Əməkdar Artist Rəşad Haşımov, Xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, Əməkdar artistlər Teyyub Aslanov, Zakir Əliyev, xanəndə Qoçaq Əsgərov, Əməkdar Artist, caz ifaçısı Salman Qəmbərov, Əməkdar İncəsənət Xadimi, caz ifaçısı Cəmil Əmirov və tanınmış gənc caz ifaçısı Elçin Şirinov müxtəlif ifalarla çıxış ediblər. Konsertdə səbəbkarın yolunu davam etdirən oğlu Mircavid Cəfərovun çıxışı da böyük maraqla qarşılanıb. (AzərTac)



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR