Neftin bahalaşmasına 1 il qaldı

Neftin bahalaşmasına 1 il qaldı
11:31 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

"Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, gələn il “qara qızıl”ın qiyməti 42-47 dollar arasında dəyişəcək.

Vahid Ələkbərovun fikrincə, 2017-ci ildə neftin qiyməti artmağa başlayacaq.

“Vyanada OPEK ölkələri ilə görüş keçirildi. Həmin iclasda İran və İraqdan nazirlər və analitiklər çıxış etdilər. Hər kəs gələcək illərdə neftin qiymətinin bu səviyyədə qalacağını bildirdilər. Amma qara qızılın qiyməti 2017-ci ilin başlanğıcında yüksəlməyə başlayacaq. Proqnozlara görə, neftin bir barreli 2017-ci ildə 60 dollara qalxa bilər", - deyə Ələkbərov bildirib.

Vahid Ələkbərov bildirib ki, bəşəriyyət yeni enerji mənbələrinin axtarışını davam etdirməlidir: "Amma növbəti 40-50 il ərzində ənənəvi enerji mənbələri olan neft, qaz və kömürdən istifadə davam edəcək".


Vahid Ələkbərov - "Lukoyl" şirkətinin rəhbəri


Bir neçə gün əvvəl Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC sammitində Səudiyyə Ərəbstanı neft hasilatını gələn ildən 1 milyon barelə qədər azaltmağı təklif edib.

Amma OPEC dövtlərinin əksəriyyəti bunu qəbul etmədiyi və hasilatın səviyyəsi saxlandığı üçün qiymət azalmaqda davam edir. Dövlətlər hasilatın azaldılması üçün böyük xərc tələb olunduğunu bildirdilər. İranın da neftlə bağlı verdiyi bəyanatlar qiymətlərin kəskin azalmasına səbəb olur. Ölkənin neft nazirliyi OPEC iclasına getməmişdən əvvəl qarşılarına qoyulacaq təklifləri qəbul etməyəcəklərini açıq bəyan etmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR