Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə sayı artıb

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə sayı artıb
11:31 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2015-ci ilin noyabr ayı ərzində əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 153 163 dəfə istifadə edilib.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
 Noyabr ayı ərzində  “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətinə 120 220, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətinə isə 32 943 müraciət edilib.
 
Ötən ilin iyul ayından əmək müqaviləsi bildirişləri üzrə qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim olunan hər iki xidmət vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasındadır.
 
 
Qanunvericiliyə əsasən, işəgötürənlər və işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi, bu barədə müvafiq bildiriş forması əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilməlidir.
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40225-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR