Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynəlxalq axtarışda olan şəxs ASAN Xidmətdə yaxalanıb

Beynəlxalq axtarışda olan şəxs ASAN Xidmətdə yaxalanıb

Date: 9 December 2015 11:36

Saxlanılan şəxs Nərimanov polisinə təhvil verilib

Bakıda Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindəki ASAN Xidmət mərkəzində baş verib. Mərkəzə sənəd almaq üçün müraciət edən Xaçmaz rayon sakini Bəxtiyar Yüzbəyovun Rusiya Federasiyası Dağıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindəın beynəlxalq axtarışa verilməsi müəyyən edilib. B.Yüzbəyov saxlanılaraq Nərimanov polisinə təhvil verilib.

 

Bildirilir ki, B.Yüzbəyov Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə axtarışda olub.

 

Araşdırmalar aparılır. 


Tags:  Beynəlxalq axtarışda olan şəxs ASAN Xidmətdə yaxalanıb


RƏYLƏR


Top news