Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşən neftçilərin axtarışları dayandırılmayıb

İtkin düşən neftçilərin axtarışları dayandırılmayıb

Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)
Bakıda itkin düşən məktəblinin meyiti tapıldı (16 Mart 2017 09:27)
İtkin düşən məktəblinin meyiti su kanalında tapıldı (16 Mart 2017 08:58)

Tarix: 9 Dekabr 2015 11:36

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Hava şəraitinin pisləşməsi axtarış işlərini dayandırmayıb. FHN helikopterləri və SOCAR tərəfindən AZAl-dan götürülən helikopterlər işi aparıb. Hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb. Hazırda küləyin sürəti 18-23, bəzən 30 metr/saniyə olur və sualtı axtarışların bu havada olması mümkün deyil. O qeyd edib ki, saat 11:00-a olan məlumata görə, axtarışlarda nəticə əldə olunmayıb. B.Ağarəhimov "Günəşli" yatağındakı 10 saylı özüldə yanğının söndürülməsi üçün hazırda 5 gəminin iş apardığını qeyd edib. Onun sözlərinə görə, platformaya quraşdırılması nəzərdə tutulan tərtibatın quraşdırılması hava şəraiti ilə əlaqədar, hələ mümkün olmayıb. "Hazırda fontana qarşı qrup və xarici mütəxəssislər iş planı hazırlayır. Bəzi texniki problemlərin həllinə aid iş planı qururlar" - o, əlavə edib.

Teqlər:  İtkin düşən neftçilərin axtarışları dayandırılmayıb



RƏYLƏR


Top xəbərlər