Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu

Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu

Date: 9 December 2015 11:49

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ehtiyatda olan 38 yaşlı mayor Qarik Xaçikoviç Marutyanı həbs edib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Armavir şəhər sakini olan mayor uzun illər Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.

Ermənistan MTX-nin açıqlamasında qeyd olunur ki, uzun müddət müxtəlif hərbi hissələrdə kəşfiyyat rəisi işləmiş Qarik Marutyan sosial şəbəkə vasitəsi ilə Azərbaycanın Türkiyədəki xüsusi xidmət orqanları ilə əlaqə yaradıb. Maliyyə vəsaiti qarşılığında onda olan və dövlət sirri hesab olunan informasiyaları onlara ötürməyə razılaşıb.

Bu faktla bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırmalar başlayıb.

Tags:  Erməni kəşfiyyatının rəisi Azərbaycana işləməkdə ittiham olundu


RƏYLƏR


Top news