Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənnin övladı boşandı

Məşhur müğənnin övladı boşandı

Date: 9 December 2015 11:49

Türkiyənin əfsanəvi müğənnisi Barış Manconun oğlu Doğukan boşanıb.

ANS PRESS-in məlumatına görə, sənətçinin oğlu həyat yoldaşı Tuba Manço ilə 3 illik evlilik həyatına son qoyub. Cütlük qarşılıqlı razılıq əsasında ayrıldığı üçün məhkəmədə problem olmayıb.

Doğukan Manço anlaşma müqaviləsinə görə həyat yoldaşına 150 min lirə (54.135 min manat - red.) təzminat ödəyəcək. Tərəflərin bir-birindən başqa tələbi olmayıb.

Bildirilir ki, gənç ailənin dağılmasının səbəbi Doğukanın "Survivor" müsabiqəsinə qatılmağı olub.

Barış Manço 1943-cü il yanvarın 3-də İstanbulda doğulub və 1999-cu il yanvarın 31-də ürək tutmasından vəfat edib. 200-dən çox mahnı bəstələyib. Sənətçi Azərbaycanı çox sevib və dəfələrlə ölkəmizə gələrək konsertlər verib.


Barış Manço Bakıda

Tags:  Məşhur müğənnin övladı boşandı

RƏYLƏR


Top news