Səfir: İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər (ÖZƏL)

Səfir: İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər (ÖZƏL)
12:20 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova – Trend:

İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinə perspektivdə qoşula bilər. Bunu Trend-ə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artıq danışıqlar aparıb: “İsrail ölkənin yekun enerji siyasətini müəyyənləşdirdikdən sonra bu məsələyə baxılacaq”.

D.Stav qeyd edib ki, İsrail enerji sahəsində Azərbaycanın fəaliyyətinə böyük önəm verir: “Azərbaycan İsrailə neft tədarük edən mənbələrdən biridir və biz hər hansı formada layihədə iştirak edə bilərik. Lakin bunadək həll edilməli olan bəzi texniki və siyasi məsələlər var”.

O əlavə edib ki, İsrailin enerji sahəsində kifayət qədər təcrübəsi yoxdur: “Biz bu məsələ üzrə siyasətimizi dəqiq formalaşdıra bilmərik”.

Diplomatın sözlərinə görə, neftin qiymətinin ucuzlaşdığı şəraitdə Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirə bilərdi: “İkitərəfli əməkdaşlığın genişləndirilməsinin digər istiqamətləri informasiya texnologiyaları və startap-layihələr ola bilər”.

D.Stav diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2467198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR