Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

Date: 9 December 2015 12:20

Bakı. Samir Məmmədov-Trend:

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılmasının vaxtı müəyyən edilib.

C.Hacıyevin vəkilinin Trend-ə verdiyi məlumata görə, apelyasiya şikayətinə dekabrın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacağı bildirilir.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs edilib.

Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Sabah Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılacaq

RƏYLƏR


Top news