“Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbir keçiriləcək

“Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbir keçiriləcək
12:21 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
Dekabrın 10-də Tofiq Quliyev adına musiqi məktəbində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən “Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbir keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş tar ifaçılıq sənətinin təbliğinə təkan verməkdir.
Tədbirdə tarın və muğamların yaranması tarixi və tar alətinin hazırlanması texnologiyaları haqqında məruzələr dinləniləcək, T. Quliyev adına 12 nömrəli musiqi məktəbi şagirdlərinin ifasında tarda canlı musiqi nömrələri səsləndiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeyri_maddi_medeni_irs_numunesi_olan_tarin_tedqiqi_movzusunda_tedbir_kechirilecek-909543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR