SOCAR: Hava şəraitinin ağır olmasına baxmayaraq, itkin düşmüş işçilərin helikopterlərlə axtarışı davam etdirilib VİDEO

SOCAR: Hava şəraitinin ağır olmasına baxmayaraq, itkin düşmüş işçilərin helikopterlərlə axtarışı davam etdirilib VİDEO
12:22 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, Nihad Budaqov, AZƏRTAC
Səhər saatlarından hava şəraitinin ağır olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “AZAL” QSC-dən sifariş olunan helikopterlər itkin düşmüş işçilərin axtarış işlərini davam etdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 9-da saat 11-də keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
Qeyd edilib ki, sualtı axtarışlar müvəqqəti olaraq dayandırılıb. Həm “Neft daşları”, həm də “Günəşli” sahəsində ehtiyatda gəmilər saxlanılıb. Hər hansı bir məlumat daxil olduqda həmin gəmilər həmin əraziyə yaxınlaşacaqlar. Hazırda 5 gəmi yanğının söndürülməsinə cəlb olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Hava_seraitinin_agir_olmasina_baxmayaraq_itkin_dusmus_ischilerin_helikopterlerle_axtarisi_davam_etdirilib_VIDEO-909540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR