"Facebook"un qurucusu qızını üzə çıxardı (FOTO)

"Facebook"un qurucusu qızını üzə çıxardı (FOTO)
12:22 9 Dekabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq yeni dodğulan qızının fotosunu paylaşıb. ANS PRESS-in məlumatına görə, Mark fotonu özünün "Facebook" səhifəsində yerləşdirib. Körpənin üzü görünmməsə də, o atası ilə dizvanda uzanıb.

Zukerberq fotonu "Balaca Maksla böyük sevinc" şərhi ilə paylaşıb. Foro ısa müddət öncə yerləşdirilib. Onu bəyənənlərin sayı iki milyonu belə keçib.0 Yüzlərlə insan isə atalıq məzuniyyətində olan "Facebook" qurucusunun fotosunu şərh edib.



Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq dekabrın 1-də ata olub. ANS PRESS-in məlumatına görə, Mark Zukerberq Facebookda həyat yoldaşı Pristsillanın dünyaya uşaq gətirdiyi xəbərini paylaşıb:

“Pristsilla ilə qızımıza, “dünyaya xoş gəldin” dediyimiz üçün çox xoşbəxtik.”



Mark Facebookda həyat yoldaşının və dünyaya yeni göz açmış qızı Maksın fotosunu paylaşıb.

Mark və həyat yoldaşı Çan dünyaya övladları gəldiyi üçün misilsiz bir xeyirxahlığa imza atıblar. Belə ki, cütlük “Facebook”a aid səhmlərin 99%-ni “Çan-Zukerberq Təşəbbüsü” adlı fonda bağışlayıblar. Bu səhmlərin dəyərinin 45 milyard dollar olduğu bildirilir.

Mark bildirib ki, “Çan Zukerberq Təşəbbüsü”nün əsas hədəfi, insan potensialının tərəqqisi və bütün uşaqlar üçün bərabərliyin bərqərar olmasıdır. Əsas maliyyə vəsaiti, təlim-tədris, müalicə, insanlar arasında əlaqələrin inkişafı və daha güclü icmaların qurulmasına yönələcək. Zukerberq övladının doğulması ilə bağlı 2 aylıq məzuniyyətə çıxdığını bildirib.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR