Mətanət ikinci həyat yoldaşından ayrıldı - video

Mətanət ikinci həyat yoldaşından ayrıldı - video
12:23 9 Dekabr 2015
228 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Mətanət Əliverdiyeva oğlu Oktayla birlikdə “Bizimləsən” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı birinci həyat yoldaşından və ondan ayrılmasından bəhs edib:

“Erkən yaşımda ailə qurmuşam. Oğlum dünyaya gələndə 19 yaşıma yenicə qədəm qoymuşdum. Qızların erkən evlənməsini məsləhət görmürəm. Analar qızın 23 yaşı olan kimi onu ərə verməyə çalışmasın. Oktay nənəsi və babası ilə görüşür. Mən də birinci həyat yoldaşımla mehribanam. Onunla elə görüşürük ki, dost kimi. Qayınanamın yanına gedəndə mənə elə qayğı göstərir ki, təəccüblənirəm. Deyirəm ki, bunu elə oğlunla ailəli olanda edərdin da. Valideynlərim heç vaxt mənim ailə həyatıma müdaxilə etməyib”.

M.Əliverdiyeva ikinci həyat yoldaşından ayrılmasını da etiraf edib:

“İkinci ailə həyatım da tənəzzülə uğradı. Uşaqlarımı heç bir kişiyə dəyişmərəm. Qadın var ki, kişi dalıyca düşür. Bunu qəbul etmərəm. Alın tərimlə qazanır, uşaqlarımı saxlayıram. Bununla da fəxr edirəm. Bu kimi halları nümayiş etdirməyi xoşlamıram. Efirdə olan insanı anlamamaq... Mənim üçün sevgi ölürsə, o həyat deyil. Mənim sevgim öldüsə bitdi. Həyatı güclü sevgidə görürəm. Uşaq ailəni bağlamır. İki uşağım var. Məni bu həyatda heç kim anlamadı”.

Qeyd edək ki, M.Əliverdiyevanın birinci evliliyindən bir, ikinci ailəsindən isə bir oğlu var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR