"İlin adamı" müəyyən olunur:Putin, yoxsa, Əl-Bağdadi

"İlin adamı" müəyyən olunur:Putin, yoxsa, Əl-Bağdadi
12:23 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Time" jurnalı bu gün "ilin adamı"nı elan edəcək. Nominantlar arasında Vladimir Putin də var. "İlin adamı"nı jurnalın icraçı direktoru özü müəyyənləşdirir.

ANS PRESS-in məlumatına görə, jurnalın redaktoru deyir ki, nominantları dünyada baş verən hadisələrə təsiretmə gücünə görə təyin edirlər. Təsirin yaxşı və ya pis olmasının isə heç bir əhəmiyyəti yoxdur.

Odur ki, nominatlar arasında əsas yeri Rusiya lideri Vladimir Putin ilə yanaşı İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr Əl-Bağdadi də var.

Rusiya lideri adını jurnala bu il İŞİD-lə apardığı mübarizəyə görə sala bilib. İŞİD rəhbəri isə Yaxın Şərqdə törətdiyi hücumlar və dinc sakinləri öldürdüyünə görə, jurnalın siyahısına liderlik edənlərdən biridir.



Rusiya prezidenti Vladimir Putin daha əvvəl "Time" jurnalı tərəfindən "ilin adamı" elan olunub. O, bu ada 2007-ci ildə layiq görülüb. ABŞ-ın "Forbes" jurnalı isə artıq 3 ildir ki, Vladimir Putini dünyanın ən nüfuzlu insanı adlandırır.

Ötən il isə "Time" jurnalı Hindistanın baş naziri Narendra Modini, 2013-cü ildə isə Roma papası Fransisi "ilin adamı elan edib.

Jurnalın nominantları sırasında Almaniya kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Con Kerri, İran prezidenti Həsən Ruhani, ABŞ prezidentliyinə namizəd Donald Tramp, Türkiyə sahillərində həlak olmuş Suriyalı 3 yaşlı Aylan Kurdinin də adı var.


Adları siyahıda olan nominantlar


"İlin adamı" "Time" jurnalının ənənəvi mükafatıdır. Jurnal hər il sonuncu nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanı okeanı üzərindən ilk dəfə uçuş həyata keçirən pilot Çarlz Lindberq layiq görülüb.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR