SOCAR-dan TƏKZİB: sosial şəbəkələrdəki görüntülər həqiqi deyil

SOCAR-dan TƏKZİB: sosial şəbəkələrdəki görüntülər həqiqi deyil
12:25 9 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın zamanı həlak olanların xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

 

"APA-Economics"in xəbərinə görə, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, bu görüntülər həqiqəti əks etdirmir: "Xilasedicilər tərəfindən tapılan meyitlərin real görüntüləri bizdə var. Ancaq biz bu şəkilləri ictimailəşdirərək rəhmətə gedən insanların ailələrinə hörmətsizlik etmiş olarıq. Bu insanların əynində jilet olub".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR