Ermənilərin atdığı mərmi yeniyetməni xəstəxanalıq etdi

Ermənilərin atdığı mərmi yeniyetməni xəstəxanalıq etdi
12:27 9 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda yaşayış evinin həyətində mərmi partlayıb. Hadisə nəticəsində 16 yaşlı yeniyetmənin barmaqları qopub.

Qazax Müalicə Diaqnostika Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Tural Cavanşir oğlu Sadıqov sol əlin dağılmış və bir neçə barmağının qopması, həmçinin odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxananın baş həkimi Kamandar İbrahimov ANS PRESS-ə bildirdi ki, hazırda uşağın vəziyyəti orta ağırdır və bir neçə barmağı amputasiya edilib.

Valideynlər hadisəyə səbəb olaraq ermənilərin evin həyətinə mərmi adığını, uşağın isə həmin mərmini götüdüyü zaman partladığını və nəticədə yeniyetmənin yaralandığını bildirdilər.

Faktla bağlı araşdırmalar aparılır.

Son günlər cəbhə xəttində gərginlik artıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu gün də erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR