Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
12:27 9 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, axşam və gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Əsən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR