"Qarabağ" ikinci, "Qəbələ" üçüncü yer iddiasında

"Qarabağ" ikinci, "Qəbələ" üçüncü yer iddiasında
12:29 9 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Avropa Liqasında qrup mərhələsinin VI turunun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son turun qarşılaşmaları 1/16 final mərhələsinə vəsiqələrin sahiblərinin adlarına aydınlıq gətirəcək.

Avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubu da qrupda son matçına çıxacaq. 5 oyundan sonra sonuncu pillədə qərarlaşan "Qarabağ"la "Qəbələ" fərqli vəzifələrin öhdəsindən gəlmək üçün qələbə qazanmağa çalışacaqlar.
 
Belə ki, qitə arenasında mövsümü başa vuracağı dəqiqləşən Roman Qriqorçukun komandası 3-cü yer üçün mübarizə aparacaq. "Qarabağ" isə 2-ci pilləni ələ keçirib, 1/16 finala yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşməyə cəhd edəcək.
 
Saat 22:00-da meydana çıxacaq "Qəbələ" Rusiya "Krasnodar"ını qəbul edəcək. Növbəti mərhələyə vəsiqəni təmin edən qonaqlar bu görüşə 1-ci yeri tutmaq iddiası ilə başlayacaqlar. "Qırmızı-qaralar" isə əsas raundda ilk qələbəni qazanmalıdırlar.
 
Son 7 avrokubok qarşılaşmasında qalib gələ bilməyən təmsilçimiz krasnodarlıları məğlub etsə, sonuncu pillədən qurtula bilər. Bunun üçün Dortmund "Borussiya"sı PAOK-u xalsız qoymalıdır. "Qəbələ"nin qazanacağı xal həm klubun, həm ölkəmizin UEFA reytinqinə də müsbət təsir edəcək.
 
1/16 final şanslarını qoruyan "Qarabağ" isə Belçikada çətin sınağa çıxacaq. "Anderlext"in qonağı olacaq Azərbaycan çempionu II turda minimal hesabla məğlub etdiyi rəqibi üstələməlidir. Qurban Qurbanovun yetirmələri bunu bacarsa, belçikalılarla eyni xala malik olacaq. Şəxsi oyunların nəticələri isə Brüssel klubunu arxada qoymağa imkan verəcək.
 
Amma qələbə hələ mərhələ keçmək üçün kifayət deyil. Çünki "Anderlext"in istənilən xal itkisi "Monako" üçün "yaşıl işıq" ola bilər. Fransa klubunun özü isə artıq 1-ci yeri təmin edən "Tottenhem"i üstələməlidir. "Qarabağ"ın 1/16 finala yüksəlməsinə də məhz fransalıların qələbəsi mane ola bilər. Bu üzdən ağdamlılar qələbə qazanmaqla yanaşı, "Tottenhem"in qələbəsini arzulamalıdırlar.
 
"Qarabağ" qalib gəlsə, "Monako" heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, "Tottenhem"lə birlikdə 1/16 finala yüksələcək ikinci komanda Qurbanovun yetirmələri olacaq. Çünki ağdamlılar 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malikdirlər.
 

Avropa Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

C qrupu

22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)

Baş hakim: İştvan Kovaç
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku

Əlavə hakim köməkçiləri: Pavel Kristian Balay, Marius Avram

Dördüncü hakim: Mihay Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya) 
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)

Bakı. 8-ci km qəsəbə stadionu

1.

Borussiya

5

3

1

1

10-4

10

2.

Krasnodar

5

3

1

1

6-4

10

3.

PAOK

5

0

4

1

2-3

4

4.

Qəbələ

5

0

2

3

2-9

2

J qrupu

00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Slavko Vinçiç
Baş hakimin köməkçiləri: Bojan Ul, Tomaş Klançnik

Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç

Dördüncü hakim: Andraş Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya)

Brüssel. Konstant Vanden Stok stadionu

1.

Tottenhem

5

3

1

1

8-5

10

2.

Anderlext

5

2

1

2

6-5

7

3.

Monako

5

1

3

1

4-5

6

4.

Qarabağ

5

1

1

3

3-6

4

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR