Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi təklif edilib

İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi təklif edilib

Qazaxıstanda ingilis dilinə rəsmi dövlət dili statusu verilə bilər (01 Mart 2017 12:12)
Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğan anons verdi (25 Fevral 2017 09:47)
Türkiyədə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər (24 Fevral 2017 22:27)

Tarix: 9 Dekabr 2015 12:29

Bakı. 9 dekabr. REPORT.AZ/ İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi təklif edilib. "Report" İran KİV-inə istinadən xəbər verir ki, İranda narkotik qaçaqmalçılığına görə ölüm hökmünün ləğv edilməsi haqqında qanun layihəsinin müəllifləri ölkənin birpalatalı parlamentinin 290 deputatından azı 70-nin dəstəyini alıb.
Hazırda qanun layihəsi xüsusi komissiyanın baxılmasına verilib. Sənəd təsdiq olunmaq üçün Konstitusiya Keşikçiləri Şurasına verilənə qədər bir neçə mərhələdən keçməlidir.
Cəzanın yumşaldılması təklifi silahlı qaçaqmalçılarla tətbiq edilməyəcək.
Xatırladaq ki, "Amnesty International"ın məlumatlarına görə, təkcə ilin birinci yarısında İranda 694 ölüm hökmü həyata keçirilib və onların əksəriyyəti narkotiklə mübarizə üzrə qanun çərçivəsində mühakimə edilib.

Teqlər:  İranda narkotik qaçaqmalçılığına ölüm hökmünün ləğv edilməsi təklif edilib



RƏYLƏR


Top xəbərlər