ABŞ-ın dövlət katibi ilə Türkiyə XİN başçısı arasında telefon danışığı olub

ABŞ-ın dövlət katibi ilə Türkiyə XİN başçısı arasında telefon danışığı olub
12:30 9 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər İraqdakı vəziyyət başda olmaqla bölgədə cərəyan edən prosesləri müzakirə ediblər.
Qeyd edək ki, İraq hökuməti hazırda terrorçu İŞİD-in nəzarəti altında olan Mosul yaxınlığındakı Türkiyə hərbi bazasının çıxarılmasını tələb edir. Bundan başqa İraqın şimalındakı Muxtariyyətin başçısı Məsdu Barzani bu gün Türkiyəyə səfər edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-in-dovlet-katibi-ile-turkiye-xi-n-bascisi-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR