Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezidentin mətbuat xidməti Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni fotosənədlər verib

Prezidentin mətbuat xidməti Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni fotosənədlər verib

Date: 9 December 2015 12:31

Bakı. 9 dekabr. REPORT.AZ/ Prezidentin mətbuat xidməti 5 028 saxlama vahidi fotosənədi Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib. Milli Arxiv İdarəsindən "Report"a verilən məlumata görə, fotosənədlər bütövlükdə 2012-2013-cü illəri əhatə edir.
Tarix üçün əhəmiyyətli olan, daimi saxlanılmaq məqsədi ilə arxivə təhvil verilən fotosənədlərin məzmununu - dövlət başçısının Tovuz, Qazax, Ağstafa, Yevlax, Bərdə, Gədəbəy, Hacıqabul, Şəmkir, Naftalan, Ağcabədi, Astara, Balakən, Biləsuvar, Cəlilabad, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Oğuz, Qax, Qəbələ, Quba, Sabirabad, Salyan, Şabran, Şəki, Siyəzən, Xaçmaz, Yardımlı, Zaqatala, Naxçıvan Muxtar Respublikasına səfərlərini, məcburi köçkün ailələri üçün yeni istifadəyə verilən qəsəbələrin açılış mərasimlərini, sənaye parklarının, "Asan Xidmət" mərkəzlərinin, "Gəmi təmiri və gəmiqayırma" İstehsalat birliyinin, Bakının Nərimanov rayonunda ucaldılan "Kitabi-Dədə Qorqud" abidəsi və yeni salınan "Dədə Qorqud" parkının, otellərin, avtomobil yollarının, orta məktəblərin, zavodların, parkların, İstirahət və sağlamlıq mərkəzlərinin açılışlarını və dövlət başçısının xarici səfərlərini, rəsmi qəbullarını, görüşlərini əks etdirir.
Hazırda arxivdə qəbul edilən fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa, müfəssəl məlumat hazırlanır.

Tags:  Prezidentin mətbuat xidməti Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni fotosənədlər verib

RƏYLƏR


Top news