Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək

Date: 9 December 2015 12:42

Dekabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə, gündüz  8-12 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarda yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

 


Tags:  Yağışlı hava davam edəcək

RƏYLƏR


Top news