Taysonun titulunu əlindən aldılar

Taysonun titulunu əlindən aldılar
12:42 9 Dekabr 2015
81 İdman
Ölkə mətbuatı
A- A+

Tayson Fyuri IBF çempionu titulundan məhrum olub.


Sport7.az xəbər verir ki, buna səbəb onun Kliçkoyla yenidən görüşməyə razılıq verməsidir. Beynəlxalq Boks Federasiyası əvvəlcə britaniyalının Vladimir Kliçko ilə cavab döyüşünə çıxacağını planlaşdırmırdı.


IBF təmsilçisi Lindsi Takerin sözlərinə görə Fyuri həqiqətən kəmərdən məhrum olub və mütləq çempion cavab döyüşündə bəlli olacaq. Reqlamentə görə Tayson Vyaçeslav Qlazkov ilə ringə çıxmalı idi.


Xatırladaq ki, cari ilin noyabrın 28-də Fyuri Kliçko üzərində qələbə qazanaraq, IBF, IBO, WBO və WBA üzrə dünya çempionu olmuşdu. İki gün sonra Vyaçeslav Qlazkovun meneceri Eqis Klimas müştərisinin IBF kəmərinə mütləq namizəd olduğunu elan etsə də, Tayson yekunda Kliçko ilə cavab görüşünə çıxacağı barədə sazişə imza atıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-taysonun-titulunu-lindn-aldlar-t46022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR