Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tanınmış iş adamlarına qarşı dələduzluq edən şəxsə hökm oxundu

Tanınmış iş adamlarına qarşı dələduzluq edən şəxsə hökm oxundu

Bakıda qadına qarşı 290 min manatlıq DƏLƏDUZLUQ (18 Mart 2017 17:27)
Bakıda qadına qarşı 290 min manatlıq dələduzluq (18 Mart 2017 17:14)
Bakıda qadına qarşı 290 min manatlıq dələduzluq (18 Mart 2017 17:03)

Tarix: 9 Dekabr 2015 12:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar.

Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

Milli.Az


Teqlər:  Tanınmış adamlarına qarşı dələduzluq edən şəxsə hökm oxundu



RƏYLƏR


Top xəbərlər