Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

Date: 9 December 2015 12:42

Bakı. 9 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu "Report"a açıqlamasında bildirib ki, dekabrın 18-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 41 məsələ daxil edilib.
Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərin bir neçəsi hökumətlərarası sazişlərin və müəyyən sənədlərin təsdiqi ilə bağlıdır: "Eyni zamanda, iclasda "Notariat haqqında", "Sərhəd Qoşunları haqqında", "Dövlət rüsumu haqqında", qanunlara, eləcə də Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi müzakirə olunacaq". 
A.Təvəkküloğlu qeyd edib ki, bundan başqa yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsi və "Kənd təsərrüfatı koorperasiyası haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Həmçinin, "Publik hüquqi şəxslər haqqında" qanun layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.   

Tags:  Milli Məclisin növbəti iclasının vaxtı gündəliyi məlum olub

RƏYLƏR


Top news