Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dəhşətli darmadağın idi"

"Dəhşətli darmadağın idi"

Date: 9 December 2015 12:43

"Malmö" Çempionlar Liqasını rüsvayçı məğlubiyyətlə tərk edib. İsveç çempionu qrup mərhələsinin son turunda "Real"a 8 cavabsız qolla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Oqe Xareyde matçdan sonra bunları deyib:

"Özümü pis hiss edirəm. Dəhşətli darmadağın idi. İsveç çempionatı başa çatıb deyə çoxdandır oynamırıq. Problemlərimiz var. Biz aşağı dəstə təmsilçisi ilə oynayıb Madridə gəlmişdik. İsveçdə hava yaxşı deyil... Hər hansı izah tapmaq istəyirəm. 1:0 və 8:0 uduzmaq eyni şeydir. Yenilginin fərqi yoxdur. Amma keyfiyyətli oynaya bilmədik. 8 top buraxacağımızı gözləmirdik. Dünyanın ən yaxşı klublarından birinə qarşı oynayırdıq. Komanda kollektiv və fərdi səviyyəsindən aşağı çıxış etdi. Eyni zamanda, azarkeşlərimiz bizə möhtəşəm dəstək verdilər. Çox oyun keçirmişik. Bir görüşlə hər şey həll olunmaz. Əlbəttə, bu cür uduzmaq xoş deyil. Amma məğlubiyyəti qəbul etmək lazımdır. Həyat davam edir. Uşaqlarla sağollaşdım. Evə getməyə hazırlaşıram. Onlar xeyli iş gördülər".

Milli.Az


Tags:  Dəhşətli darmadağın idi

RƏYLƏR


Top news