Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır

Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır
12:48 9 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Pakistan siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Trend-in Pakistanın "The Nation" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşdə deyib.

Görüş zamanı Prezident təhlükəsizlik sahəsində iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

M.Hüseyn qeyd edib ki, Pakistan nüfuzlu hərbi təhsil müəssisələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlığını davam etdirəcək.

Prezident, həmçinin Cəmmu və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2467238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR