Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək
12:48 9 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov dekabrın 17-də saat 10:00-da Xidmətin Mərkəzi Aparatının inzibati binasında Laçın, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların dekabrın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seferberlik_ve_Herbi_Xidmete_CHagiris_uzre_Dovlet_Xidmetinin_reisi_vetendaslari_qebul_edecek-909558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR