Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənilərin daha bir uçan aparatı məhv edildi

Ermənilərin daha bir uçan aparatı məhv edildi

Date: 9 December 2015 12:49

2 gün əvvəl də cəbhədə ermənilərə məxsus uçan aparat məhv edilmişdi

Dekabrın 9-da saat 09 radələrində Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti uçan aparat məhv edilib.

 

Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

 

Qeyd edək ki, 2 gün əvvəl də cəbhədə ermənilərə məxsus uçan aparat məhv edilmişdi.

 




Tags:  Ermənilərin uçan aparatı məhv edildi

RƏYLƏR


Top news