“Xanqaraqoyunlu” və “Hərum” komandaları intellektual turnirin final mərhələsində Bərdəni təmsil edəcək

“Xanqaraqoyunlu” və “Hərum” komandaları intellektual turnirin final mərhələsində Bərdəni təmsil edəcək
12:49 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 9 dekabr, AZƏRTAC
Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseydə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində intellektual oyun üzrə rayon seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Əzizov, gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxışlarında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam edib. Gərgin mübarizə şəraitində keçən turnirdə “Xanqaraqoyunlu” və “Hərum” komandaları daha yaxşı nəticə göstərərək, 8 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xanqaraqoyunlu_ve_Herum_komandalari_intellektual_turnirin_final_merhelesinde_Berdeni_temsil_edecek-909557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR