Penitensiar Xidmətdə qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi olub

Penitensiar Xidmətdə qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi olub
12:49 9 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə qurumun rəhbərliyi qulluğun xüsusiyyətləri barədə gənclərə məlumat verib. Onlara ədliyyə əməkdaşları kimi öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsipləri əsasında dövlətə və xalqa sədaqətlə xidmət etmək tövsiyə olunub.
Gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyində qurumun fəaliyyəti ilə bağlı eksponatlara və Heydər Əliyev guşəsində Ümummilli Liderin həyat və fəaliyyətini, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycanın inkişafı uğrunda misilsiz nailiyyətlərini əks etdirən fotoşəkillərə baxıblar.
Sonda gənc əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Penitensiar_Xidmetde_qulluga_qebul_edilmis_genc_emekdaslarin_andichme_merasimi_olub-909555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR